Yazarımız İsmail Tekpınar Azerbaycanın Tanınan Gazetesi AYNA Gazetesine Röportaj Verdi

İsmail Tekpınar’ın Azerbaycan Ayna Gazetesine verdiği röportaj;

İsmayıl Tekpınar: “Kimsə Türkiyənin harada olduğunu bilmək istəyirsə, hər yerdə qarşılarına çıxa biləcəyini unutmasın”

Türkiyəli politoloq İsmayıl Tekpınar isə bildirib ki, müharibə başalayanda Ermənistana verilən Rusiya istehsalı olan silahlar yararsız olduğu üçün Paşinyan Putini ittiham eləmişdi: “İndi isə belə bir görüşün keçirilməsi, yeni bir mərhələdən xəbər verir və bu görüş yeni mərhələ üçün görüşdən əvvəl təşkil olunan görüşə bənzəyir. Çünki əks təqdirdə, Türkiyəsiz, xüsusən də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğansız belə bir görüş keçirilə bilməzdi. Çünkü proseslərin dəyişməsində rol oyanayan və Azərbaycana birmənalı dəstək verən yeganə ölkə məhz Türkiyə olmuşdu. Lakin Türkiyə hər nə qədər bu görüşün obyektivində olmasa da, proseslərin içində və Azərbaycanın yanındadır. Çünki Rəcəb Tayyib Ərdoğan Azərbaycanı heç vaxt tək qoymaz.”

“Rusiya Türkiyəni görməzdən gəlmək üçün axmaq olmalıdır. Çünki Türkiyə hər yerdə – istər meydanda, istərsə də masada öz sözünü deyə biləcək gücdədir və Rusiya da bunu yaxşı bilir. Bunun sübutu da Türkiyənin Rusiya və Ermənistanın bütün mənfur oyunlarını alt-üst etməsidir. Çünki harada ədalətsizlik, günahsız və məzlum insan varsa, Türkiyə oradadır və ehtiyacı olan hər kəsə kömək əlini uzadıb, qapısını açıb. Ona görə də, kimsə Türkiyənin harada olduğunu bilmək istəyirsə, hər yerdə qarşılarına çıxa biləcəyini unutmasın”, – deyə müsahibimiz vurğulayıb.

Röportajın orjinal metnine linke tıklayarak ulaşabilirsiniz;

https://ayna.az/news/23236

Exit mobile version